
Bu barədə Prezident İlham Əliyevin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana ünvanladığı məktubda deyilir.
“Bu yaxınlarda PKK terror qruplaşmasının özünü ləğv etmək və silahı yerə qoymaq qərarı Sizin güclü siyasi iradənizin parlaq nəticəsi, milli birlik və həmrəyliyin təntənəsi oldu”, - dövlət başçısı vurğulayıb.
Qeyd edək ki, iyulun 11-i “Terrorsuz Türkiyə” siyasi prosesi çərçivəsində İraqın Süleymaniyyə şəhərində bir qrup PKK üzvü silahlarını təhvil verib. Yaxın günlərdə PKK terrorçularının Süleymaniyyədə tərksilah olunmasının ikinci mərhələsi başlayacaq.