
Bu barədə Kanadanın maliyyə və gəlir naziri Fransua-Filip Şampan bildirib.
Əvvəlcə verginin iyunun 30-da qüvvəyə minməsi və 2022-ci ildə Kanada istifadəçilərinə təqdim olunan rəqəmsal xidmətlərdən əldə olunan gəlirlərdən geriyə tətbiq edilməli idi. Vergi illik gəlirləri 15 milyon dollardan çox olan şirkətlərə şamil ediləcəkdi.
Bununla belə, iyunun 28-də Donald Tramp Kanada ilə ticarət danışıqlarının bitdiyini elan edərək vergini ABŞ-a “birbaşa və həyasız hücum” adlandırıb. Buna cavab olaraq, Kanadanın baş naziri Mark Karni və Tramp verginin ləğv edilməsi şərti ilə dialoqu bərpa etməyə razılaşıblar - tərəflər iyulun 21-nə kimi saziş üzrə razılığa gəlməyi gözləyirlər.
“Bu qərara əsasən, baş nazir Karni və prezident Tramp tərəflərin 2025-ci il iyulun 21-dək razılığa gəlmək məqsədilə danışıqları bərpa edəcəkləri barədə razılığa gəliblər”, - deyə məlumatda bildirilir.
Əvvəllər nazir verginin danışıqlardan asılı olmayaraq tətbiq ediləcəyini israr etsə də, Ottavanın mövqeyi ABŞ tərəfindən sövdələşmənin pozulması təhlükəsi barədə təhdidindən sonra dəyişib.