
Bu barədə Modern.az-a Səfərovlar ailəsindən məlumat verilib.
Bununla da ötən gün baş verən basqın nəticəsində Səfərovlar ailəsində öldürülənlərin sayı 5-ə çatıb.
Qeyd edək ki, ötən gün Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin (FSB) azərbaycanlı Səfərovlar ailəsinin yaşadıqları müxtəlif ünvanlara keçirdiyi əməliyyat nəticəsində iki nəfər qətlə yetirilib, 9 nəfər saxlanılıb. Əməliyyat zamanı qətlə yetirilən iki qardaşdan biri- Hüseyn Səfərov Azərbaycan, Ziyəddin Səfərov isə Rusiya vətəndaşıdır.