
Təbriki parlamentin sədri Sahibə Qafarova səsləndirib.
Sahibə Qafarova deyib ki, Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi hünər və şücaət xalqımızın tarixinə qızıl hərflərlə yazılıb: “Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün canından keçmiş şəhidlərimizin fədakarlığı heç zaman unudulmayacaq. Əminliklə söyləmək olar ki, Azərbaycan Silahlı Qüvvələri qarşıdakı illərdə daha da güclənəcək.