Laçın aeroportuna beynəlxalq status verildi

Laçın aeroportuna beynəlxalq status verildi Laçın Hava Limanına beynəlxalq status verilib.

Baş nazir Əli Əsədov bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamda qeyd edillib ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin və “Azərbaycan Hava Yolları” QSC-nin razılaşdırılmış təkliflərini nəzərə alaraq, beynəlxalq uçuşları yerinə yetirmək üçün müvafiq standartlara cavab verən Laçın Hava Limanına beynəlxalq status verilsin.

Azərbaycan Xarici İşlər Nazirliyinə Laçın Hava Limanına beynəlxalq status verilməsi barədə müvafiq beynəlxalq təşkilatlara məlumat göndərmək tapşırılıb.

Oxşar xəbərlər