
Bunu İsrail ordusunun istefada olan general-mayor Yitzhak Brik “Maariv” qəzetinə müsahibəsində deyib.
"İsrail ordusunun hazırda HƏMAS-ı məğlub etmək gücü yoxdur. Deməli, Qəzzada bütün bu dağıntılar qələbə təəssüratı yaratmaq məqsədi daşıyır. Bu təəssürat siyasi və hərbi liderlərin xalqı çaşdırması ilə gücləndirilir", - Brik deyib.
İsrail ordusunun HƏMAS-ı məğlub etmək gücündə olmadığını vurğulayan Brik, HƏMAS-ın hərbi gücünün İsrailin bəyan etdiyindən qat-qat az zərər gördüyünü və indi əvvəlki gücünə qayıtdığını bildirib.
Brik həmçinin qeyd edib ki, İsrail ordusunun HƏMAS-la mübarizə aparmaq və Qəzzada daimi dislokasiya qurmaq üçün kifayət qədər hərbi gücü yoxdur.