Macarıstan Aİ-nin İrəvana hərbi yardım ayırmasına imkan vermədi

Macarıstan Aİ-nin İrəvana hərbi yardım ayırmasına imkan vermədi Macarıstan Avropa İttifaqının Avropa Sülh Mexanizmi vasitəsilə Ermənistana əlavə 20 milyon avro hərbi yardım göstərməsinə imkan verməyib.

Lüksemburqda keçirilən iclasda Aİ-nin xarici siyasət rəhbəri Kallasın Ermənistana hərbi yardım təklifini Macarıstandan başqa bütün Aİ ölkələri xarici işlər nazirləri dəstəkləyib. Yeganə olaraq Budapeşt bu qərarın qəbuluna veto qoyub.

Ermənistan Aİ-dən ilk dəfə ötən ilin iyulunda 10 milyon avro dəyərində hərbi yardım alıb. Bu pul növbəti iki il yarım ərzində səhra xəstəxanasının və bir batalyonluq erməni ordusu bölməsi üçün yardımçı obyektlərin yaradılmasına sərf edilməli idi.

Macarıstan Azərbaycana da analoji yardımın göstərilməsini tələb edib, bu məslə həllini tapmadığından Budapeşt Ermənistana hərbi yardımın ayrılmasına mane olub.

Oxşar xəbərlər