
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Görülən tədbirlər nəticəsində bir sıra ərazilərdə, o cümlədən Bakı şəhərinin ayrı-ayrı istiqamətlərində, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərləri və Xaçmaz, Şabran, Qusar, Xızı, Siyəzən, Samux rayonlarında suçəkmə və təxliyə işləri yekunlaşıb.
Əməliyyat nəticəsində su basmış yerlərdə köməksiz vəziyyətdə qalmış 33-ü uşaq olmaqla ümumilikdə 135 nəfər vətəndaş təxliyə olunub.
Qeyd edəki ki, yaranan fəsadların aradan qaldırılması tədbirlərinə FHN-in 450 nəfərə yaxın şəxsi heyəti və 150-yə yaxın texnikası cəlb edilib.