Respublika Neyrocərrahiyyə Xəstəxanasında uğurlu əməliyyatların sayı ümidləri doğruldur

Respublika Neyrocərrahiyyə Xəstəxanasında uğurlu əməliyyatların sayı ümidləri doğruldur Ümumdünya İnsultla Mübarizə Günü hər il 29 oktyabrda qeyd edilir. Bu günün əsas məqsədi insultun yaratdığı təhlükələrə diqqət çəkmək, onun qarşısının alınması yolları haqqında məlumat vermək və vaxtında müdaxilənin vacibliyini vurğulamaqdır. İnsult beyinə qan axınının dayanması və ya azalması nəticəsində yaranır, bu da beyindəki hüceyrələrin zədələnməsinə səbəb olur.
Tez müdaxilə və önləyici tədbirlər insan həyatını xilas edə bilər. Sağlam həyat tərzi, qidalanmaya diqqət, fiziki aktivlik, təzyiqin nəzarətdə saxlanılması və siqaretdən uzaq durmaq insult riskini azaltmağa kömək edir.

Respublika Neyrocərrahiyyə Xəstəxanasında uğurlu əməliyyatların sayı ümidləri doğruldur


Respublika Neyrocərrahiyyə Xəstəxanasına baş ağrıları şikayəti ilə müraciət edən orta yaşlı pasiyent uğurlu əməliyyatdan sonra ambulator müalicə üçün evə buraxılıb.
Orta yaşlı pasiyent qəflətən xəstələnərək baş ağrıları, qusma şikayətləri ilə Respublika Neyrocərrahiyyə Xəstəxanasına müraciət edib. Baş-beynin KT və KT angeoqrafiya müayinələrinə əsasən ön beyin arteriyasının qanamış nəhəng kisəşəkilli anevrizması aşkar edilib. Op. Dr. Vüsal Məmmədov və Ass. Dr. Kərəm Əsgərov, Fəridə Şahbazzadə tərəfindən uğurlu əməliyyat olunaraq nevroloji defisitsiz evə yazılıb.
Respublika Neyrocərrahiyyə Xəstəxanasında uğurlu əməliyyatların sayı ümidləri doğruldur
Respublika Neyrocərrahiyyə Xəstəxanasında uğurlu əməliyyatların sayı ümidləri doğruldur


Respublika Neyrocərrahiyyə Xəstəxanasının direktoru Fərhad Həsənov - Azərbaycanın xarici siyasətinin çoxşaxəliliyi, tolerant, multikultural dəyərlərin inkişafına davamlı töhfələr verən ölkə kimi tanınması da özündə mühüm məqamları ehtiva edir. Ölkəmiz daim qlobal problemlərin həllində həmrəyliyin, birliyin gücləndirilməsini, vahid mövqeyinin ortaya qoyulmasını əsas faktor kimi diqqətə çatdırır. Dünyanın diqqətini Azərbaycana yönəldən COP29 da bunun bariz nümunəsidir. Cənab İlham Əliyev istər Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasındakı çıxışında, istərsə də Sammit çərçivəsində keçirdiyi görüşlərdə diqqəti ölkəmizin gələn ay ev sahibliyi edəcəyi COP29-a yönəltdi. “Növbəti ayda Bakı ən böyük beynəlxalq iqlim konfransının – COP29-un keçirilməsi məkanı olacaq” söyləyən cənab İlham Əliyev bildirdi ki, təqribən 200 ölkənin COP29-un Azərbaycanda keçirilməsinə dair yekdil qərarı bizim siyasətimizə hörmətin və dəstəyin parlaq sübutudur.

Biz artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə veririk və istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy göstərəcəyik. BRICS ölkələri ilə tərəfdaşlıq münasibətlərinin genişləndirilməsi Azərbaycanın iqtisadi siyasətinə və dünyada yaranan yeni reallıqlara əsaslanır. Respublikamız BRICS-in iki üzvü ilə yaxın qonşudur, hər ikisi ilə sıx iqtisadi əməkdaşlıq proqramları var, Şimal-Cənub nəqliyyat alyansını bu ölkələrlə birgə yaradıb, dəhlizin böyük bir hissəsi ölkəmizin ərazisindən keçir, eləcə də digər regional layihələrin həyata keçirilməsi istiqamətində aramsız səylər göstərilməkdədir. Bundan başqa, Azərbaycanın 170 xarici iqtisadi ticarət tərəfdaşının böyük bir qismi də BRICS-də təmsil olunan ölkələrdir. Ölkəmizin 2023-cü ildə xarici ticarət dövriyyəsinin beşdə biri, təxminən 20,8 faizi BRICS üzvlərinin payına düşüb. Azərbaycan nəhəng iqtisadi potensialı olan bir platforma ilə təmasları intensivləşdirməsi və maksimum faydalanmağa çalışması tam normaldır. Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır. Dövlət başçısı İlham Əliyev Azərbaycanın güclü iqtisadiyyatının müstəqil xarici siyasətin həyata keçirilməsinə geniş imkanlar yaratdığını bildirir. Ölkəmizin son 21 ildə qazandığı sosial-iqtisadi göstəricilər bunu bir daha sübut edir. Büdcə gəlirləri 30 dəfədən, xarici ticarət dövriyyəsi isə 10 dəfədən çox artıb. Azərbaycanın birbaşa xarici borcu hazırda ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. Valyuta ehtiyatları birbaşa xarici dövlət borcumuzu 10 dəfə üstələyir, yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5,5 faizə düşüb. Bu illər ərzində ölkəmizdə əlverişli investisiya mühiti yaradılıb. Belə ki, Azərbaycan iqtisadiyyatına 310 milyard dollardan çox sərmayə qoyulub ki, bunun da 200 milyard dollara yaxını qeyri-enerji sektorunun payına düşür. Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla dollar həcmində sərmayə qoyub. Ölkəmiz Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib.

Oxşar xəbərlər