İlham Əliyevdən Rusiya ilə münasibətlərin inkişafı ilə bağlı AÇIQLAMA - VİDEO

İlham Əliyevdən Rusiya ilə münasibətlərin inkişafı ilə bağlı AÇIQLAMA - VİDEO "Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin dinamikası Prezident Vladimir Putinin Bakıya dövlət səfərindən sonra kifayət qədər nəzərə çarpır".

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə görüşdə bildirib.

Dövlətimizin başçısı qeyd edib:

“Sizin dövlət səfərinizdən sonra ikitərəfli münasibətlərimizin dinamikası kifayət qədər nəzərə çarpır. Müxtəlif strukturların nümayəndələri səviyyəsində avqust ayında Bakıda əldə olunmuş qərarların tamamlanması çərçivəsində hökumət üzvləri arasında artıq çoxlu təmaslar olub”.


Oxşar xəbərlər