Putinin ad gününü belə təbrik etdilər - Video

Putinin ad gününü belə təbrik etdilər - Video Çində Rusiya Prezidenti Vladimir Putinin ad günü münasibətilə işıq şousu təşkil edilib.

Rusiya mediası xəbər verir ki, şou zamanı yüzlərlə drondan istifadə edilib.

Belə ki, Quançjou şəhərinin səmasında dronlarla “Happy Birthday, Mr. President” təbriki, eləcə də Rusiya liderinin təsviri yaradılıb.

Təbrikin görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb.

Xatırladaq ki, oktyabrın 7-də V.Putinin 72 yaşı tamam olub. O, ad gününü adi iş rejimində keçirib.

Oxşar xəbərlər