Səlçuk Bayraktarın təhsili və erkən həyatı
7 oktyabr türkiyəli pilot, mühəndis və biznesmen Selçuk Bayraktarın doğum günüdür.
Ölkə.Az doğum günü ərəfəsində onunla bağlı maraqlı faktları bir araya toplayıb.
Əslən trabzonlu olan Səlçuk Bayraktar 1979-cu ildə İstanbulun Sarıyer rayonunda doğulub.
Atası Özdemir Bayraktar 1984-cü ildə Türkiyə aviasiya və kosmos şirkəti olan “Baykar”ı yaradıb. Anası Canan Bayraktar isə Baykar Maliyyə Qrupunun (CFO) prezidenti vəzifəsində çalışır.
Təhsilinə Sarıyer İbtidai məktəbində başlayan Səlçuk, daha sonra Robert Kollecinə daxil olub, 1997-ci ildə ali təhsilə İstanbul Texniki Universitetinin Elektronika və Kommunikasiya Mühəndisliyi fakültəsində başlayıb.
Bakalavr pilləsində təhsil aldığı müddətdə Pensilvaniya Universitetinin GRASP Laboratoriyasından təqaüd qazanıb və 2004-cü ildə magistr dərəcəsinə yiyələnib.
Səlçukun PUA-larla bağlı magistratura tədqiqatı diqqəti cəlb etdiyindən ona Massaçusets Texnologiya İnstitutu tərəfindən əlavə təqaüd təklif edilib.
Corc Pappas və Erik Feronun nəzarəti altında təhsilini davam etdirən Bayraktar pilotsuz helikopter sistemlərinin avtonom, aqressiv manevrləri ilə bağlı araşdırması ilə ikinci magistr dərəcəsini alıb.
Təhsil aldıqdan sonra 2007-ci ildə Türkiyəyə qayıdıb və “Baykar”ın texnoloji mütəxəssisi olub. “Baykar” şirkəti onun rəhbərliyi altında Türkiyənin ilk yerli PUA layihəsi olan Bayraktar Mini PUA, Bayraktar TB2, Bayraktar VTOL və Bayraktar Akıncı-ları inkişaf tetdirib.
Sözügedən PUA-lar Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən PKK-ya qarşı terrorla mübarizə əməliyyatlarında Suriya Vətəndaş Müharibəsi, İkinci Liviya Vətəndaş Müharibəsi, İkinci Qarabağ Müharibəsi və 2022-ci ildə Rusiyanın Ukraynaya müdaxiləsi kimi münaqişələrdə istifadə edilib.
Azərbaycan Prezidenti İlham Əliyev Bayraktar TB2-lərin Qarabağın azad edilməsində verdiyi töhfələrə görə 2021-ci ildə Səlçuk Bayraktarı “Qarabağ” ordeni ilə təltif edib. 2023-cü ildə isə o, müdafiə naziri Zakir Həsənov tərəfindən “Hərbi Əməkdaşlıq Medalı” ilə, o cümlədən Azərbaycan Prezidentinin qərarı ilə ölkəyə xidmət edən şəxslərə verilən Azərbaycan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyinin medalı ilə təltif edilib.
2022-ci ildə isə Ukrayna prezidenti Volodimir Zelenski Səlçuk Bayraktarı ölkəsinin “Xidmətlərə görə” ordeni ilə təltif edib. Bu arada Ukraynada “Bayraktar TB2”yə mahnı da qoşublar. Rusiyaya qarşı istifadə edilən Bayraktar puasına Ukraynada mahnı yazılıb və müğənni Taras Borovok ifa edir.
Türkiyə istehsalı Bayraktar PUA-larına dünyada münasibət birmənalı deyil. Belə ki, sözügedən PUA-lar Qarabağ müharibəsində istifadə olunarkən bəzi qüvvələr ona “şeytan” desə də, ukraynada Rus texnikasını məhv edəndə “Ukraynanın xilaskar mələyi” adlandırmışdılar.
Bayraktar TB2 PUA-ları 33, Akıncı TİHA isə hazırda 9 ölkəyə ixrac edilir.
Səlçuk Bayraktar həmçinin Türkiyənin ilk milli pilotsuz döyüş təyyarəsi “Bayraktar KIZILELMA”nın yaradıcısı və ilk uçan avtomobil prototipi olan CEZERİ-ni hazırlayan komandanın rəhbəridir. O, eyni zamanda “Fərqani” adlı texnoloji təşəbbüsü ilə kosmos tədqiqatları aparır.
Bayrakdarın təşəbbüsü ilə həmçinin Türkiyənin ilk və yeganə aviasiya, kosmos və texnologiya festivalı olan TEKNOFEST təşkil edilib.
Sözügedən festival 2022-ci ildə ilk dəfə Azərbaycanda da keçirilib.
“Baykar” İdarə Heyətinin sədri Səlçuk Bayraktar 2022-ci ildə ən çox gəlir vergisi bəyan edərək vergi rekordmeni olub.
2016-cı ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Sümeyye Erdoğanla ailə quran Bayraktar iki uşaq atasıdır. Onun şəxsi pilot lisenziyası var.
Ölkəmizdə də çox sevilən Səlçuk Bayraktar Azərbaycan xalqının xüsusi günlərində qardaşlıq mesajı verərək, təbriklər edir.
Billurə Yunus