Paşinyandan qəribə etiraf: Ermənistanda böyük miqdarda silah-sursat yoxa çıxıb

Paşinyandan qəribə etiraf: Ermənistanda böyük miqdarda silah-sursat yoxa çıxıb 44 günlük müharibədən sonra Ermənistanda böyük miqdarda silah-sursat yoxa çıxıb.

Bunu baş nazir Nikol Paşinyan hökumətinin iclasında bəyan edib.

Paşinyan əlavə edib ki, bu mövzu bir neçə dəfə müzakirə edilib. "Məsələ hətta Təhlükəsizlik Şurasında da müzakirə olunub".

O əlavə edib ki, bu məslənin araşdırılması ilə bağlı Daxili İşlər Nazirliyinin rəhbərinə tapşırıq verib.

Paşinyan onu da bildirib ki, qeyri-qanuni silahların axtarışı ilə bağlı metodologiyaya yenidən baxılmalıdır. "İstifadə etdiyimiz metodologiya artıq yeni çağırışlara cavab vermir", - o vurğulayıb.

Oxşar xəbərlər