Hədəflərə doğru inamla

Hədəflərə doğru inamla 2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 9 saylı Binəqədi ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Kamaləddin Qafarovun 26.08.2024-cü il tarixində seçicilərlə növbəti görüşü keçirilib.



2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 9 saylı Binəqədi ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Kamaləddin Qafarovun seçicilərlə görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirib ki, 30 illik işğaldan sonar 44 günlük Vətən müharibəsində xalqımızın qazandığı möhtəşəm qalibiyyət tariximizin ən qürurverici səhifələrindən biridir. Tarixi zəfərimiz uzun illər ərzində ölkəmizdə həyata keçirilən milli dövlətçilik, vətənçilik ideologiyasının, iqtisadi qüdrətimizin artırılması sayəsində ordumuzun peşəkarlığının nəticəsində əldə olundu. Bu mənada, ümumilli liderimiz Heydər Əliyevin və müzəffər Ali Baş Komnandan İlham Əliyevin xalqımız qarşısındakı xidmətlər danılmazıdır.
Çıxış edən deputatlığa namizəd Kamaləddin Qafarov bildirib ki, YAP fəaliyyət göstərdiyi illər ərzində dövlətimizlə birgə addımlayıb, ölkəmizdə hüquqi, dünyəvi dövlət quruculuğu istiqamətində öz töhfələrini verib. İctimai-siyasi faliyyətin ən aparıcı qüvvəsi olaraq dövlətimizin və xalqımızın inkişafında, bir çox islahatların reallaşdırılmasında əsaslı rol oynayıb. Partiya ümumxalq partiyası olaraq bütün milli məsələlərdə həmrəylik göstərib, ali məqsədləri daim üstün tutub. O. çıxışında bütün seçiciləri seçkilərdə fəal iştirak etməyə və YAP-ın namizədlərinə səs verməyə səsləyib.
Görüşdə vətən müharibəsi şəhidi İbrahim Sadıqlının atası Şahin Sadıqlı və seçicilərdən Fərasət Qurbanov çıxış ediblər. Qeyd olunub ki, YAP-ın namizədləri onlara göstərilən etimadı hər zaman doğruldub, seçicilərinin yanında olublar. Seçicilər qarşıdan gələn seçkilərdə də partiyanın namizədlərinə yenidən etimad göstərəcəklərini söyləyiblər.

Hədəflərə doğru inamla
Hədəflərə doğru inamla
Hədəflərə doğru inamla
Hədəflərə doğru inamla
Hədəflərə doğru inamla
Hədəflərə doğru inamla


Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 9 saylı Binəqədi ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Kamaləddin Qafarov tərəfindən 24.08.2024-cü il tarixində 3-cü mədən ərazisi, Cavadxan küçəsi sakinləriylə görüşülərək onların istək və arzuları dinlənildi.


Oxşar xəbərlər