Ağ Ev erməni ordusu ilə bağlı faktı təsdiqlədi - ABŞ hərbçisi Ermənistan ordusunda çalışacaq

Ağ Ev erməni ordusu ilə bağlı faktı təsdiqlədi - ABŞ hərbçisi Ermənistan ordusunda çalışacaq Amerika ordusunun nümayəndəsi Ermənistanın Müdafiə Nazirliyində çalışacaq.

Bu xəbəri Ermənistanda səfərdə olan ABŞ dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Uzra Zeya Amerika ordusunun nümayəndəsinin Ermənistan Müdafiə Nazirliyində işləyəcəyi ilə bağlı məlumatı təsdiqləyib.

“Xəbəri təsdiqləyirəm. Bu xoş hadisədir, təfərrüatları barədə səfirimizdən və media komandamızdan məlumat ala bilərsiniz. Biz ABŞ və Ermənistan arasında müdafiə-mülki və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşməsini alqışlayırıq. Bu həm də Ermənistan-Amerika münasibətlərində strateji tərəfdaşlığın yeni mərhələsinə qədəm qoymasının tarixi faktına işarə edir”,- Zeya qeyd edib.

Oxşar xəbərlər