Hadı Rəcəbli vəfat edib - YENİLƏNİB - AÇIQLAMA

Hadı Rəcəbli vəfat edib - YENİLƏNİB - AÇIQLAMA Sabiq millət vəkili Hadı Rəcəbli vəfat edib.

APA xəbər verir ki, o, bu gün 76 yaşında dünyasını dəyişib.

Hadı Rəcəbli I-V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı (1995-2020-ci illər), Əmək və Sosial Siyasət Komitəsinin sədri olub.

***

Sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadi Rəcəblinin səhhətinin pisləşməsi ilə əlaqədar 17.04.2024-cü il tarixində saat 06:38 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb edilib. Hadı Rəcəblinin həkiməqədər ölümü qeydə alınıb.

Oxşar xəbərlər