"Qərbdəki tərəfdaşlarımızın ortağı olaraq Türkiyəni inandıracağıq ki, Ermənistan Qarsı, Sürməlini, İğdırı hərbi yolla almaq fikrində deyil. Elə etməliyik ki, Türkiyə bizdən qorxmasın. Bu zaman Amerika deyəcək: Əzizim. Türkiyə, qorxma, ermənilər marionetdir, Fransa deyəcək: canım Türkiyə, qorxma, ermənilər bizim qardaşımızdır. Türkiyə də öz növbəsində Azərbaycanla danışacaq".Bunu Ermənistan parlamentinin deputatı Ovik Ağazaryan deyib.
"Geridə qalmış, yarı savadlı adama belə aydındır ki, müharibənin ermənilərə xeyri yoxdur", - o qeyd edib.
Qazaxın kəndlərinin qaytarılması məsələsinə bir daha aydınlıq gətirən erməni deputat deyib ki, sadəcə olaraq müstəqil Azərbaycanın ərazi bütövlüyünə daxil olan Azərbaycan SSR-yə məxsus yaşayış məntəqələri geri qaytarılır.
O əlavə edib ki, bu baş verməsə müharibə istisna deyil.