
Xalqın bu ağır günlərində, yanvarın 21-də Ulu Öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək təşkil olunmuş yığıncaqda çıxış etdi, xalqla birgə olduğunu bildirdi. Bu tarixi çıxışın mətni dünyaya, respublikaya yayıldı. Bu çıxış əli heç nəyə çatmayan, təklənən xalqın qəlbində ümid çırağını yandırdı.
Gənclərimiz bu tarixi həqiqətləri bilməlidir. Yaxın tariximizin öyrənilməsi və araşdırılması vacib vəzifədir. 1990-cı ilin 20 Yanvar faciəsi də öyrənilməli və gələcək nəsillərə olduğu kimi çatdırılmalıdır. Qan yaddaşımıza əbədi həkk olunmuş 1990-cı ilin 20 Yanvar hadisələri tariximizin özündə faciə və qəhrəmanlığı əks etdirən hadisələrdir, Azərbaycanın sonrakı taleyinə əhəmiyyətli təsiri olan dönüş anıdır. 20 Yanvar hadisələri Azərbaycan xalqına qarşı törədilmiş cinayətdir. Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi. Azərbaycan xalqı yanvarın 22-də paytaxtın “Azadlıq” meydanında 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm yürüşü keçirdi.
Bu böyük faciə Azərbaycan xalqını daha sıx birləşdirdi, müstəqilliyimizə gedən yolumuzu daha da yaxınlaşdırdı.
Xalqıımız hər il 20 yanvar tarixini Ümumxalq Hüzün Günü kimi böyük ehtiramla qeyd edir.
Maştağa qəsəbəsi, 187 nömrəli tam orta məktəbin
riyaziyyat müəllimi Xavər Quliyeva