Ermənistana hücum olsa, reaksiya verəcəyik, sanksiya isə... - XRİSTİAN HƏMRƏYLİYİ...

Ermənistana hücum olsa, reaksiya verəcəyik, sanksiya isə... - XRİSTİAN HƏMRƏYLİYİ... Ermənistanın ərazi bütövlüyü və suverenliyi pozulacağı təqdirdə Avropa Birliyi buna reaksiya verəcək.

Axar.az xəbər verir ki, bu sözləri AB-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə rəsmi nümayəndəsi Piter Stano erməni mediasına deyib.

Onun sözlərinə görə, AB Ermənistana hücumun olmayacağına, danışıqlar zamanı bütün təhdidlərin aradan qaldırılacağına inanır.

“AB-nin qırmızı xətti və Azərbaycana qarşı sanksiyaların tətbiqi üçün məcburi şərt nədir” sualına Stano belə cavab verib:

“Biz hər şeyi həll edən yeganə sehrli çubuq kimi yalnız sanksiyalara diqqət yetirə bilmərik. AB sanksiyalarının tarixinə nəzər salsaq, görərik ki, biz adətən son çarə olaraq onlara müraciət edirik. Sanksiyalar 27 üzv dövlətin əlində bir alətdir və onlar əvvəlcə bir araya gəlib yekdil qərar qəbul etməlidirlər.

Sanksiyalar özlüyündə bütün problemlərin həlli deyil. Bu, AB-nin problemlərin həlli, təhdid və çağırışların aradan qaldırılması üçün istifadə etməyə üstünlük verdiyi digər alətlərlə birlikdə dəstəkləyici tədbirdir.

Sanksiyalar həmişə bizim istifadə etdiyimiz digər vasitələrlə birlikdə istifadə olunur. Biz adətən bütün digər vasitələr istənilən nəticələrə gətirib çıxarmayanda sanksiyalar tətbiq etməyə başlayırıq”.

Stano qeyd edib ki, AB yeni tərəfdaşlıq çərçivəsində Ermənistana onun təhlükəsizliyini təhdid edən şəraitdə daha güclü və istənilən problemə qarşı daha davamlı olmağa kömək edəcək. Eyni zamanda, AB Azərbaycanla işləməyə davam edəcək, güc təhdidi və beynəlxalq hüququn pozulması kimi birtərəfli hərəkətlərin irəliyə doğru yol olmadığı və nəticələrinin olacağı mesajını çox güclü şəkildə çatdırmağa çalışacaq:

“Biz Azərbaycanla münasibətlərin elə mərhələsindəyik ki, təhdidlərdənsə, iştirakçı olmağa üstünlük veririk. Amma vəziyyət mənfi istiqamətdə inkişaf etməkdə davam edərsə, üzv dövlətlər Azərbaycana təzyiq göstərəcəklər”.

Oxşar xəbərlər