Lavrov Zəngəzura görə təəccüb içindədir: Bilmirəm ki...

Lavrov Zəngəzura görə təəccüb içindədir: Bilmirəm ki... "10 noyabr 2020-ci il sənədində Ermənistan Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında hər iki istiqamətdə nəqliyyat kommunikasiyalarının təhlükəsizliyinə təminat verməsi və bu nəqliyyat rabitəsinə nəzarəti Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin həyata keçirilməsi əksini tapıb. Lakin indiyədək bu məsələ reallaşmayıb".

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Düşünürəm ki, 2020-2022-ci illərdə imzalanmış üçtərəfli bəyannamələrin qiymətləndirilməsinin vacibliyindən çəkinməməliyik.
Zəngəzurdan (Sünik) marşrutun açılması kimi Ermənistan üçün faydalı olan praktiki bir şeyin hələ də kağız üzərində qalması çox təəssüf doğurur”, - Lavrov bildirib.

Rusiyalı nazir əlavə edib ki, bu məsələ dəfələrlə müzakirə edilib və qarşılıqlı razılşamaya gəlinib, lakin sonradan İrəvan tamamilə fərqli mövqe sərgiləyib. "Mən əsasən Azərbaycanla Naxçıvan arasında nəqliyyatın açılması prinsipləri haqqında razılaşmanın kağız üzərində tamamlanmasına nəyin mane olduğunu bilmirəm”, - Lavrov qeyd edib.

Onu da əlavə edib ki, Ermənistan Rusiya sərhədçilərinin Azərbaycandan Naxçıvana gedən yolda, Zəngəzurda yerləşdirilməsini istəmir.

Lavrovun fikrincə, İrəvanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyindən geriyə çəkilməsinin əsas məsləhətçiləri Qərbdir.

Oxşar xəbərlər