Bəzi internet saytlarında Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir. Amma məlumatların hardan qaynaqlandığını deyə bilmərik. Lakin tam məsuliyyətlə qeyd edirik ki, Rafiq Quluyev haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır.
Bəzi saytlar bunun əksini yazmaqla cəmiyyət arasında ajiotaj yaratmağa çalışırlar. Amma alınmayacaq.
Vətən Müharibəsi şəhidi Salayev Elşən Fuad oğlunun anım günündə məzarı ziyarət olunub
Vətən Müharibəsi şəhidi Salayev Elşən Fuad oğlunun anım günündə məzarı ziyarət olunub.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, RİH aparatının kollektivi, bələdiyyə sədrləri, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları şəhidin ruhuna dualar edib, ehtiramlarını bildiriblər.
Daha sonra İcra başçısı şəhidin ailə üzvləri ilə söhbət edib, onların qayğıları ilə maraqlanıb. Şəhidin ailə üzvləri şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Canı bahasına şanlı tariximizi yazan şəhidlərimizlə fəxr edirik, onların əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq!
31 il sonra nəşinin qalıqları tapılan Birinci Qarabağ müharibəsi şəhidi Qasımov Veysəl Qasım oğlunun məzarı ziyarət olunub
31 il sonra Daşaltıda nəşinin qalıqları tapılaraq II Fəxri Xiyabanda dəfn edilən Birinci Qarabağ müharibəsi şəhidi Qasımov Veysəl Qasım oğlunun məzarı ziyarət olunub.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, RİH aparatının kollektivi, bələdiyyə sədrləri, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları şəhidin ruhuna dualar edib, ehtiramlarını bildiriblər.