Dönərdən zəhərlənən şagirdlərin sayı 24-ə çatdı

Dönərdən zəhərlənən şagirdlərin sayı 24-ə çatdı İki gün öncə dönərdən zəhərlənən şagirdlərin sayı 24-ə çatıb.

Bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmərini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Son məlumata əsasən, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına ümumilikdə 24 müraciət daxil olub. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 8 uşaq (3-ü ailəsinin intizamnaməsi ilə) ambulator müalicə üçün evə buraxılıb.

Hazırda 16 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri stabildir.

Qeyd edək ki, uşaqların səhhətləri Elm və Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, eləcə də TƏBİB rəhbərliyinin nəzarətindədir.

Oxşar xəbərlər