NATO Belarus və Polşa arasındakı münaqişədə iştirak edəcək?

NATO Belarus və Polşa arasındakı münaqişədə iştirak edəcək? “Şimali Atlantika Müqaviləsi Təşkilatı Polşanın Belarusa qarşı ittihamları ilə əlaqədar kollektiv müdafiə prinsipinin aktivləşdirilməsi variantını nəzərdən keçirmir”.

“Bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Miller brifinqdə deyib.

“NATO ölkələrinin 5-ci maddəyə istinad etməsi prosesi var. Biz hazırda o vəziyyətdə deyilik”-deyə, o bildirib.

Qeyd edək ki, 5-ci maddə təşkilatın bir və ya bir neçə üzv ölkəsinə silahlı hücuma məruz qaldıqda kollektiv cavab tədbirləri nəzərdə tutur.

Avqustun 1-də Polşa Xarici İşlər Nazirliyi iki Belarus helikopterinin ölkənin hava məkanını pozduğunu bəyan edib.

Oxşar xəbərlər