Mirnemət Mirbabayev peşəkar nümunəvi polis zabiti kimi hər zaman Cənab nazir Vilayət Eyvazovun tapşırıqlarını vicdanla yerinə yetirən, qanunların aliliyinə riayət edən əsl polis zabitidir

Mirnemət Mirbabayev peşəkar nümunəvi polis zabiti kimi hər zaman Cənab nazir Vilayət Eyvazovun tapşırıqlarını vicdanla yerinə yetirən, qanunların aliliyinə riayət edən əsl polis zabitidir Mirnemət Mirbabayev peşəkar nümunəvi polis zabiti kimi hər zaman Cənab nazir Vilayət Eyvazovun tapşırıqlarını vicdanla yerinə yetirən, qanunların aliliyinə riayət edən əsl polis zabitidir


Şanlı Azərbaycan polisinin keçmişinə nəzər salanda onların çətin, məsuliyyətli və şərəfli bir ömür yolu keçmələrinin şahidi oluruq. İstər Sovetlər dönəmində, istərsədə müstəqillik illərində Azərbaycan polisi hər zaman öz çevikliyi, qabiliyyəti, bacarığı ilə seçilib. Həm hüquqi savadına, həmdə kriminalogiya sahəsində bilgilərinə görə daim öndə gedib. Məhs onun bariz nümunəsidir ki, baş vermiş cinayətlərin isti izlərlə açılmasında cinayətkarların tutularaq cinayət məsuliyyətinə cəlb olunmasında Azərbaycan polisinin əməyi danılmazdır. Şükürlər olsun ki, Cənab nazir Vilayət Eyvazovun rəhbərliyi altında bu tendensiya bu gündə davam edir.


Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.


Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.


Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, Nəsimi rayon Polis İdarəsinin rəisi, polis polkovnik-leytenantı Mirnemət Mirbabayevin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.


Nəsimi rayon Polis İdarəsinin rəisi, polis polkovnik-leytenantı Mirnemət Mirbabayev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Mirnemət Mirbabayevin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Mirnemət Mirbabayev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.


Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Nəsimi rayon Polis İdarəsinin rəisi, polis polkovnik-leytenantı Mirnemət Mirbabayevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.


Nəsimi rayon Polis İdarəsinin rəisi, polis polkovnik-leytenantı Mirnemət Mirbabayev peşəkar nümunəvi polis zabiti kimi hər zaman Cənab nazir Vilayət Eyvazovun tapşırıqlarını vicdanla yerinə yetirən, qanunların aliliyinə riayət edən əsl polis zabitidir.
O hər zaman Dövlətə - Dövlətçiliyə, Xalqa - Millətə Qanunların aliliyinə və Ulu Öndərin ideyalarına, onun siyasi kursuna sədaqətlə - fəxarətlə xidmət edən dəyərli Azərbaycan vətəndaşıdır.


Şərəfli vəzifəyə yiyələnən Mirnemət Mirbabayev bu işin müqəddəsliyini qoruyub saxlayır. Mirnemət Mirbabayev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.


Mirnemət Mirbabayev heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.


Mirnemət Mirbabayev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!


Ona etibar edilən bütün işlərdə Mirnemət Mirbabayev özünü doğruldub. Bizdə hörmətli Mirnemət Mirbabayevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.


Nəsimi rayon Polis İdarəsinin rəisi, polis polkovnik-leytenantı Mirnemət Mirbabayev - “Azərbaycan Xalq Cümhuriyyətinin 105-ci ildönümünü qeyd edirik. Çoxəsrlik tariximizin hər bir səhifəsi əzizdir, daim vərəqlənir, indiki və gələcək nəsillərə çatdırılması üçün mühüm addımlar atılır. “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir” söyləyən dövlət başçısı İlham Əliyev bildirir ki, Azərbaycan xalqı azadlıqsevər, mütərəqqi xalqdır. Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə böyük hörmətlə yanaşır. Prezident İlham Əliyevin Sərəncamı ilə Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılmışdır. Xalq Cümhuriyyətinin qurucularının adları əbədiləşdirildi. 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edildi. Təbii ki, atılan hər bir addım tariximizin öyrənilməsinə və təbliğinə xidmət edir. Cənab İlham Əliyev bu əminliyi də ifadə edir ki, əgər 1920-ci ildə müstəqillik əldən verilməsəydi, bu gün Azərbaycan dünyanın ən zəngin və inkişaf etmiş ölkələrinin sırasında ola bilərdi. Çünki təbii ehtiyatlarımız, coğrafi mövqeyimiz imkan verirdi ki, onlardan səmərəli şəkildə istifadə edək. XIX əsrin ikinci yarısında - XX əsrin əvvəllərində dünya neft hasilatının böyük hissəsi məhz Azərbaycanda, Bakıda təmin edilmişdir. Əfsuslar olsun ki, müstəqilliyi itirdik. Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmasa da bu günümüz üçün çox mühüm işlər görüldü.”


Tarixi paralellər əsasında müqayisəli təhlillər apardıqda bu reallıq bir daha təsdiqini tapır ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən də çətindir: “Azərbaycanın 18 oktyabr 1991-ci ildə müstəqilliyini yenidən bərpa etdikdən sonra ilk illərdə yaşadıqlarını yada salmaq kifayətdir. Həmin dövrdə ölkəyə idarəçilik təcrübəsi olmayan ünsürlərin rəhbərlik etməsi Azərbaycanı müstəqilliyini itirmək təhlükəsi ilə üzləşdirdi. Ölkədə xaos, anarxiya, özbaşınalıqlar, iqtisadi böhran baş alıb gedir, eyni zamanda, torpaqlarımız işğal edilirdi. Xalq ayağa qalxaraq xilaskarını hakimiyyətə dəvət etdi. Ümummilli Lider Heydər Əliyev ölkəsinin gələcəyini düşünərək xalqın səsinə səs verdi və 1993-cü ildə hakimiyyətə qayıdışı ilə bugünkü reallıqların əsasını qoydu. Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtmasaydı bu gün Azərbaycanın taleyinin necə olacağını düşünmək çətin deyildi. Çünki Azərbaycanın bir dövlət olaraq varlığı sual altında idi.”


Yalnız Ulu Öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycan özünün geosiyasi imkanlarını gerçəkləşdirməyə başlamışdır: “Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi aradan qaldırıldı. Dünya siyasət meydanında cərəyan edən proseslərə təsir baxımından Ümummilli Lider daim öz sözü ilə seçilmişdir. Dahi şəxsiyyət Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur. Fəal diplomatiyanın nəticəsində dünyanın demokratik dövlətlərinin və aparıcı təşkilatlarının ölkəmizə, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibətinin əsaslı surətdə dəyişməsi mümkün olmuşdur. Ümummilli Liderin xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil etmişdir.”
Son 20 ilə yaxın dövrdə Ulu Öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın müstəqilliyinin, suverenliyinin daha da möhkəmləndirilməsini təmin edir: “Möhkəm təməl üzərində uğurla inkişaf edən Azərbaycan hazırda tarixi Zəfəri və onun yaratdığı reallıqlarla dünyanın diqqətindədir. Dövlət başçısı İlham Əliyevin “Müstəqillik deyəndə mən rəsmi atributları nəzərdə tutmuram. Müstəqil siyasət müstəqilliyin əsas amilidir və belə olan halda həmişə inkişaf, əmin-amanlıq olacaq, Azərbaycan xalqı rahat, təhlükəsizlik şəraitində yaşayacaq, necə ki bu gün yaşayır. Bizim siyasətimiz bundan ibarətdir. Hesab edirəm ki, bizim nümunəmiz bir çox ölkələr üçün də cəlbedicidir. Ona görə də bu gün dünyada Azərbaycanı böyük rəğbətlə qarşılayırlar, bizə inanırlar, sözümüzə inanırlar. Ona görə ki, biz ləyaqətli siyasət aparırıq və xalqın maraqlarını həmişə müdafiə edirik” fikirləri Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan müstəqilliyimizin əbədi qarantıdır.”
Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə ünvanlanan təbrik məktublarının hər birində qeyd edilən fikirlər də Azərbaycanın müasir müstəqil, qalib dövlət olaraq artan nüfuzunun, çəkisinin təqdimatıdır: “Təbrik məktublarının hər birində strateji tərəfdaşlığın və səmərəli əməkdaşlığın möhkəmləndirilməsinə böyük inam ifadə edilir. Hazırkı dövrdə əsas çağırışlardan biri regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün sülh müqaviləsinin imzalanmasıdır. Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden təbrik məktubunda bildirir ki, Birləşmiş Ştatlar Cənubi Qafqazda gələcək nəsillər üçün təhlükəsizlik və inkişafı təşviq edəcək, Azərbaycanla Ermənistan arasında dayanıqlı və ədalətli sülhü dəstəkləmǝyǝ davam edəcəkdir. Qarşıdan gələn ildə təhlükəsizlik və iqtisadi əməkdaşlığımızın dərinləşdirilməsi də daxil olmaqla, tərəfdaşlığımızı daha da gücləndirməyi həvəslə gözləyirəm.”
“Göründüyü kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə daxili və xarici siyasətdə mühüm uğurlara imza atan, müasir müstəqil, qalib Azərbaycanın təqdim etdiyi yeni inkişaf modelinə beynəlxalq maraq artmaqdadır. Dünya ölkələri təhlükəsizlik, enerji və demokratiya sahəsində Azərbaycanla birgə addəmların atılmasında maraqlı olduqlarını bildirirlər. Təbii ki, bu uğurlar möhkəm təmələ əsaslanan siyasətin nəticəsidir”.

Oxşar xəbərlər