
İşğaldan azad edilmiş ərazilərdə mövcud vakansiyalarla tanış olmaq istəyən vətəndaşlar Dövlət Məşğulluq Agentliyinin saytına daxil ola bilərlər.
Agentliyin şöbə müdiri Fərid Məcidli itv-yə bildirib ki, Qarabağda işləmək istəyən şəxslər həm DOST mərkəzləri, həm də regional məşğulluq filiallarına müraciət etməklə vakansiyalarla bağlı niyyətlərini bildirmiş olacaqlar.