
İlk olaraq Əbədi Birlik Gənclər İctimai Birliyinin sədri Şahin Əliyev BMU-nun tələbələrini salamlayıb, təşkilatın fəaliyyəti və keçiriləcək təlim haqqında məlumat vermişdir. Daha sonra təlimçi İman İmanlı tərəfindən Xarakter nədir ?, Xarakterlə şəxsiyyət arasında fərq, İnsan şəxsiyyətinin analizi ( Psixotiplər ), Demonstrativ xarakter (Gəldi, konflikt saldı getdi), Pedant xarakter (Hər şey vaxtında və dəqiq olmalıdır), Lider xarakter (Mən hədəf və məqsədlərimdən ibarətəm), Duyğusal xarakter (İnsanları anlamaq və qayğı göstərmək), Qeyri-adi xarakter (Həyat fərqliliklərlə doludur), Stressli xarakter (Özünü hər şeydən qoru), Həyatdan küsən xarakter (Həyat çətinliklərlə doludur), Əyləncəli xarakter (Yaşa, yarat və əylən) mövzularına toxunmuşdur.
Təlimdə gənclər öz xarakterlərini analiz etmiş, ən aktiv 5 gənc sertifikat qazanmışdır.





