Əsgərimiz Akopyanın olduğu evə girib? - Növbəti erməni uydurması

Əsgərimiz Akopyanın olduğu evə girib? - Növbəti erməni uydurması Ermənistan dünəndən etibarən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri haqda müxtəlif uydurmalar tirajlayır.

Publika.az xəbər verir ki, dünən iki azərbaycanlı əsgərin Qərbi Zəngəzurda gördüklərini deyən ermənilər bu gün “3 azərbaycanlı var idi” deyirlər.

Sisian polisi isə “3 deyil, bəlkə 6-dır” kimi iddialar irəli sürür. Baş verənlər ermənilərin saxladıqları idda edilən “azərbaycanlı əsgərin” də ssenari olduğu versiyasını gücləndirir. Lakin o dəqiqdir ki, Qərbi Zəngəzur bölgəsində yaşayan ermənilər ciddi şəkildə təşvişə düşüb.

Ermənilərin ən maraqlı iddialarından biri azərbaycanlı əsgərin getdiyi evlə bağlıdır.

“Hraparak” qəzeti iddia edir ki, saxlanılan azrbaycanlı əsgərlərdən biri Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın 44 günlük müharibədən sonra ziyarət etdiyi evə daxil olub.

“Cəmi bir neçə ay əvvəl Anna Akopyan Benunis kəndini ziyarət edərək, müharibədə ölən Qor Qasparyanın evinə gəlmiş, ailə ilə görüşmüşdü. Əldə etdiyimiz məlumata görə, Benunis kəndinə gələn azərbaycanlı əsgərin daxil olduğu ev də məhz Akopyanın ziyarət etdiyi evdir”, - qəzet iddia edir.

Görünür, məsələ tam dəqiqləşməyən qədər ermənilərin uydurmaları davam edəcək.

Oxşar xəbərlər