
Bu barədə Azərbaycan XİN-in sosial şəbəkə hesablarında məlumat verilib.
XİN atışmada həyatını itirənlərin ailələrinə başsağlığı verib.
“Yaralananların tezliklə sağalmasını diləyirik”, - qeyd olunub.
Xatırladaq ki, Almaniyanın Hamburq şəhərində Yehova şahidləri dini icmasının yerli mərkəzində atışma nəticəsində 6 nəfər ölüb, bir neçə nəfər yaralanıb.