Tofiq İsayev şəhid ailələrinə, qazilərə, həmçinin müharibə veteranlarına əlindən gələn köməkliyi edir

Tofiq İsayev şəhid ailələrinə, qazilərə, həmçinin müharibə veteranlarına əlindən gələn köməkliyi edir Tofiq İsayev şəhid ailələrinə, qazilərə, həmçinin müharibə veteranlarına əlindən gələn köməkliyi edir




Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi İş adamı Tofiq İsayevin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, İş adamı Tofiq İsayevdir.

İş adamı Tofiq İsayev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Tofiq İsayev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, İş adamı Tofiq İsayevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

İş adamı Tofiq İsayev - 1992-ci ilin 25 fevralından bizi 31 il ayırır. Ötən 31 il ərzində bir çox hadisələrlə üzləşmişik. Amma 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı aktı heç zaman unudulmur. Azərbacan xalqının Ümummilli Lideri Heydər Əliyev Xocalı faciəsini, “amansız və qəddar soyqırım aktı, insanlıq tarixinin ən qorxulu kütləvi terror aktlarından biri” kimi dəyərləndirmişdir. Məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edib. Ulu Öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir. Xocalı faciəsini düşünərkən öldürülən 613 nəfəri, onlardan 106 qadını, 63 uşağı xüsusi olaraq qeyd etmək lazımdır. Daha böyük faciəni isə girov götürülən 1275 nəfər yaşayıb. Həmin girovlardan 150 nəfərin taleyi bu günə qədər məlum deyil. 1992-ci ilin 25-dən 26-a keçən gecə 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə bir valideynini itirib. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla - diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürüldü. Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız Holokost soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı faciə ilə müqayisə oluna bilər. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdəndir.

Tofiq İsayev şəhid ailələrinə, qazilərə, həmçinin müharibə veteranlarına əlindən gələn köməkliyi edir


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1992-ci ildə baş vermiş bu faciə ilə bağlı deyib: “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi”. Doğrudan da, bu faciə ermənilərin iç üzünü bütün dünyaya açıb göstərdi. Təəssüf ki, dünya birliyi bundan nəticə çıxarmadı. Ermənilərə dur deyilmədi. Xocalı faciəsindən sonra neçə-neçə kəndlərimiz, rayonlarımız işğala məruz qaldı. 30 ilə yaxın müddət ərzində erməni faşistlərinin Azərbaycan torpaqlarından çıxarılması üçün heç bir tədbir görülmədi. Yalnız Azərbaycan Respublikasının müzəffər Ali Baş Komandanı İlham Əliyev cənablarının rəhbərliyi altında şanlı ordumuz torpaqlarımızı işğaldan azad etdi.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına start verildi. Kampaniyanın səmərəli fəaliyyəti nəticəsində 100 minlərlə şəxs və 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələrdə təşviqat, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan səmərəli vasitələri təşkil edilir. Bu faciənin unutdurulmaması üçün hər bir vətəndaşımız üzərinə düşən vəzifəni yerinə yetirməlidir.

Oxşar xəbərlər

" alt="Xeyriyyəçi, iş adamı Hacı Sərdar Rüstəmov" /> Xeyriyyəçi, iş adamı Hacı Sərdar Rüstəmov
  • Xeyriyyəçi, iş adamı Arkoz Holdinq”in rəhbəri, Türkiyəli iş adamı Emin Uçar Xeyriyyəçi, iş adamı Arkoz Holdinq”in rəhbəri, Türkiyəli iş adamı Emin Uçar
  • j j
  • Şərəfli vəzifəyə yiyələnən Xəyalə xanım Mustafayeva bu işin müqəddəsliyini  ... Şərəfli vəzifəyə yiyələnən Xəyalə xanım Mustafayeva bu işin müqəddəsliyini ...
  • d d
  • d d
  • i i
  • d d
  • Şəmkir rayon polis şöbəsinin rəisi Elnur Həsənov qazilərin, şəhid ailələrin ... Şəmkir rayon polis şöbəsinin rəisi Elnur Həsənov qazilərin, şəhid ailələrin ...
  • l l
  • d d
  • Leyla Seyidbəyli başqalarına örnək ola biləcəyi Azərbaycanın ən dəyərli və  ... Leyla Seyidbəyli başqalarına örnək ola biləcəyi Azərbaycanın ən dəyərli və ...
  • Əbdül Abdullayev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır Əbdül Abdullayev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır
  • Bəkir Yusifov: 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qə ... Bəkir Yusifov: 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qə ...
  • Cəlil Əliyev: “Azərbaycanda içməli su və suvarma suyu ilə təminat 100 faiz  ... Cəlil Əliyev: “Azərbaycanda içməli su və suvarma suyu ilə təminat 100 faiz ...