Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!

Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!

Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası artıq beş gündür davam edir.Dekabrın 12-də səhər saatlarından başlayan aksiya ötən gecə boyu da davam edib.Şuşa-Xankəndi yolunu bağlaması əslində gecikmiş aksiyadır: Çünki ölkəmiz bu günə kimi dözüm göstərdi, humanitar amilləri nəzərə aldı, Ermənistan və separatçıları isə bu yolu hərbi və talnçılıq üçün istifadə etdi. 30 il bəs deyilmiş kimi, indi də Rusiya sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdə ekoloji fəlakət törədirlər. Rusiya sülhməramlılarının nəinki QHT nümayəndələrinin və eləcə də digər Azərbaycan vətəndaşlarının müvəqqəti yerləşdiyi əraziyə daxil olmasına imkan verməməsi beynəlxalq hüquqa və ölkənin suverenlik prinsiplərinə ziddidir:
Üçtərəfli Bəyanatda insanların hərəkəti ilə bağlı da hər hansı məhdudiyyət nəzərdə tutulmayıb.
İkincisi, ətraf mühitin qorunması ilə bağlı etiraz beynəlxalq hüquqa, BMT konvensiyalarına və eləcə də Azərbaycanın ərazi bütövlüyü prinsiplərinə uyğundur.
Üçüncüsü, Ağdərə rayonunda yerləşən qızıl bulaq mis-qızıl kolçedan yatağı Azərbaycanın ən böyük təbii ehtiyatlar ilə zəngin yataqlarından hesab olunur.
Ehtiyatları 17,5 ton həcmində qiymətləndirilən yatağın işlənməsi ilə bağlı qərarı yalnız Azərbaycan dövləti ölkə qanunvericiliyi çərçivəsində həyata keçirə bilər. “Base Metals” MMC aldı erməni şirkəti 2013-cü ildən 2020-ci ilədək həmin yatağın mis-qızıl ehtiyatlarınl talayıb. Həmin müddətdə mədəndə hər ay 12 min ton filiz çıxarılıb və saflaşdırma kombinatında emal edilib.
Konsentrat Ermənistana aparılıb, orada təkrar emal olunduqdan sonra tərkibində qızıl olan mis Avropa bazarına çıxarılıb. Bu şirkət Avstraliyanın “İnternational Base Metals Limited” şirkətinin törəmə müəssisəsidir və həmin ölkədə yaşayan erməni iş adamı tərəfindən qurulub. Yataqların mənimsənilməsi nəticəsində Azərbaycana dəyən ziyan yüz milyon dollarla ifadə olunur.
Dördüncüsü, son hadisə Zəngəzur dəhlizinin açılması məsələsini daha da aktuallaşdırır və Ermənistan üçtərəfli Bəyanatdakı öhdəliyini nə qədər tez yerinə yetirərsə, o qədər regionda stabillik daha tez əldə olunar. Azərbaycan bütün mövcud imkanlardan və hüquqdan istifadə edərək Zəngəzur dəhlizinin daha qısa zamanda istifadəyə verilməsinə çalışır və bu istiqamətdəki mövcud siyasət davam etdiriləcək.
Beşincisi, son proseslər bir daha təsdiq edir ki, regionun inkişafı birbaşa qarşılıqlı ərazi bütövlüyü və suverenliyini tanınmaqla sülh müqaviləsinin bağlanmasından keçir. Azərbaycan Ordusu istənilən təxribata cavab vermək gücündədir və Ermənistandakı revanışt meyillər sadəcə onun üzləşdiyi problemləri dərinləşdirəcək.Nəhayət, Şuşa-Xankəndi yolundakı etiraz aksiyası bir daha göstərdi ki, Azərbaycanda milli həmrəylik və vətənpərvərlik kifayət qədər yüksəkdir və xalqımız xarici təhdidlərə hər zaman birgə cavab vermək əzmindədir.
Qanunvericilikdə qeyd olunub ki, Azərbaycan ərazisi vahid, bölünməz və toxunulmazdır:
Qarabağda qanunsuz baş verən hadisələri araşdırmaq üçün etiraz aksiyası keçirilə bilər. Ona görə bu məsələ Azərbaycanın daxili işidir. Xarici ölkələrin, xüsusilə də erməni havadarlarının lazımsız səs-küy qaldırması absurddur. Laçın yolu son zamanlar qanunsuz silahların daşınması, qruplaşmaların istifadəsi baxımından vasitəyə çevrilib. Bütün bu sui-istifadə hallarına son qoyulmalıdır. Azərbaycan Ermənistan sərhədində bu kimi halların qarşısını almaq üçün müvafiq gömrük-sərhəd keçid postları qurulmalıdır. Müharibədə qazanılan qələbədən sonra bir çox vətəndaşlarımız mina partlayışında həlak olub. Bu işə son qoyulmalıdr. Fransa, Yunanıstan və Ermənistana yaxın olar ölkələr haqsız yerə Azərbaycanı qınayırlar. Belə iddia ortaya atırlar ki, guya Qarabağda yaşayan erməniləri Azərbaycan qazsız qoyub. Əgər belə fikrimiz olsaydı bunu indi yox, məhz 10 noyabr aktını imzyalayan vaxt edərdik. Hələ ki, Qarabağın bütün qaz, enerji infrastrukturu ölkəmizin qaz şəbəkəsinə qoşulmayıb. Ona görə də burada erməni təxribat maşınının istehsal etdiyi fikriləri əsla qəbul etmək olmaz.Sülhməramlıların fəaliyyətinə (fəaliyyətsizlik yazsam daha doğru olardı) gəldikdə isə iki ildir Rusiya sülhməramlılarının fəaliyyəti göz önündədir:
Onlar bu müddət ərzində ermənilərlə bir yerdədir. Onların bu günə qədər bizimlə təması olmayıb deyə nə istədiyimizi də bilmirlər. İlk dəfədir ki, Azərbaycan ictimaiyyətinin nümayəndələri ilə üz-üzə gəlirlər. Artıq iştirakçıların tələbini bilirlər. Mahnımızı eşidirlər, sifətimizi və iradəmizi bilirlər. Etiraz aksiyası məhz xalqın iradəsinin təqdimatının göstəricisidir. Ermənistan hakimiyyəti və Qarabağdakı ermənilər öz cinayətkar əməllərini davam etdirdiklərinə görə, vəziyyət belə qala bilməz. Təəssüf ki, Qarabağda erməni terrorçuları qalmaqdadır. Onlar Rusiya sülhməramlıların onlara yaratdıqları şəraitində istifadə edərək müxtəlif təxribatlara əl atırlar. Əsasən də yeni minalar basdıraraq mülki və hərbiçilərimizə qarşı təxribatlar törətməyə çalışırlar. Dünən bilirsiniz 4 mülki, 4 hərbçimiz Kəlbəcərdə minaya düşdü. Nəticədə bir hərbi qulluqçumuz şəhid oldu. Məhz buna görə də aksiya iştirakçıları haqlı olaraq mina terroruna son qoymaq, Ermənistan ərazisindən Azərbaycana silah-sursat, hərbçilərin daşınması, milli sərvətlərimizin ölkədən çıxarılması və digər qanunsuz əməllər üçün istifadə olunan Laçın yoluna nəzarət edilməsini və bu cinayətlərə, qanunsuzluğa son qoyulmasını tələb edirlər. Təbii ki, Azərbaycan ictimaiyyəti Arutunyan-Vardanyan cütlüyünün diktatura planlarına imkan verməyəcək. Qaldı ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Azərbaycan dövləti dəfələrlə dinc erməni əhalisinin ehtiyaclarını ödəməyə, kommunikasiyasını təmin etməyə hazır olduğunu bəyan edib.Keçirilən aksiya da erməni terrorçularının və Rusiya sülhməramlılarının qanunsuz əməllərinə qarşı yönəlib. Aksiya zamanı da dinc erməni əhalisinin keçidinə şərait yaradılır. İstəklərimiz icra olunana qədər soydaşlarımız dinc aksiyaya davam edəcəklərini qeyd edirlər. 30 il Azərbaycan torpaqlarının işğalına göz yumanlar, bir milyona yaxın qaçqın və məcburi köçkünün öz yurd-yuvasından qovulmasına susanlar, ölkəmizə məxsus milli-mədəni-dini obyektlərin məhv edilməsini görməzdən gələnlər indi ədalət çarçısı ola bilməzlər. Onlar üçün ədalət şəxsi maraqlarının, mənfəətlərinin təmin olunmasıdır. Bu yolda insanların öldürülməsi, təbitəin məhv edilməsi və ya beynəlxalq hüquqa zidd addımların atılması heç kim üçün narahatedici faktor deyil. Amma Azərbaycan dövləti və xalqı buna göz yummayacaq. Moskvadan xüsusi missiya ilə göndərilən Vardanyan kimilərin Qarabağda at oynatmasına imkan verməyəcək. O cümlədən, əsas vəzifəsi sülhə xidmət olan Rusiya sülhməramlılarının da bu cinayətlərə göz yumması və ədalət üçün çalışan dövlət qurumlarımızın nümayəndələrinə şərait yaratmaması da unudulmayacaq. 44 günlük Vətən müharibəsində olduğu kimi bu gün də ədaləti məhz Azərbaycan özü bərpa edəcək. Onu da qeyd etmək yerinə düşər ki, yolu bağlayan və hərəkətə şərait yaratmayan məhz Rusiya sülhməramlı kontingentidir. Hansı ki, bu kontingent hazırda əliyalın dinc aksiya keçirən soydaşlarımızın qarşısında əlində qumbaraatan, tank əleyhinə silah, pulemyot tutur, hadisə yerinə ağır texnika daşıyır. Bu mənzərə bizə, 1990-cı ilin soyuq yanvar gecəsini xatırlatsa da bu həmvətənlərimizi qorxutmur, onlar bir addım belə geriləmədən “sülhməramlı”ların gözünün içinə dik baxaraq Azərbaycan himnini, “Xudayar təsnifi”ni, “Sarı gəlin”i ifa edirlər. Əllərində şanlı bayraq, ədaləti tələb edən şüarlarla gecə-gündüz demədən sərvətlərimizin keşiyini çəkirlər. Bundan necə qürurlanmamaq olar?! Bu gün Azərbaycan cəmiyyəti bir daha özü ilə, öz soydaşları ilə qürur duyur, fəxr edir. Şuşa-Xankəndi yolunda keçirilən aksiyada iştirak edən hər bir fəal 10 milyon azərbaycanlını təmsil edir. Tam əminik ki, aksiya nə qədər lazımdırsa o qədər davam edəcək və sonda öz məqsədinə çatacaq. Haqq, ədalət 2 il öncə olduğu kimi yenə öz yerini tapacaq.Aksiya iştirakçılarının şüarı ilə yazımı tamamlamaq istəyirəm :
“Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”

Maştağa qəsəbəsi, 28 №-li tam orta məktəbin
Tarix müəllimi Həsən Xələfov



Oxşar xəbərlər