Amerika Birləşmiş Ştatları və Kanada arasında yerləşən məşhur Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.Bu barədə Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim “Twitter” hesabından video paylaşıb.“Dövlət Bayrağı Gününüz mübarək”, - deyə səfir şəlalənin videogörüntüsünü paylaşaraq qeyd edib.