![Sabahın hava proqramı açıqlandı](https://olke.az/photo/770x415/2022/09/06/1662452886_cd8af269-c46c-3fcd-817c-6df973e50669_850.jpg)
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 16-19° isti, gündüz 20-23° isti olacaq. Bakıda gecə 16-18° isti, gündüz 21-23° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 14-18° isti, gündüz 20-24° isti, dağlarda gecə 3-7° isti, gündüz 8-13° isti olacaq.