Cəlilabadda çörəkdaşıyan maşın qəzaya düşüb: Xəsarət alanlar var

Cəlilabadda çörəkdaşıyan maşın qəzaya düşüb: Xəsarət alanlar var Cəlilabad rayonunda yol-nəqliyyat qəzası baş verib.

Report məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.

Qəza zamanı DAF markalı çörəkdaşıyan yük avtomobili ilə digər minik avtomobili toqquşub.

Hadisə nəticəsində 1996-ci il təvəllüdlü Lənkəran rayon sakini, Orxan Əliyev və daha bir nəfər xəsarət alıblar.

Yaralılar xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər