Azərbaycanda dərs zamanı çəkilmiş bu görüntülər hiddət doğurdu - VİDEO

Azərbaycanda dərs zamanı çəkilmiş bu görüntülər hiddət doğurdu - VİDEO Sosial şəbəkələrdə boğazı kəsilmiş qurbağa ilə dərsdə təcrübə keçirilməsini əks etdirən görüntülər yayılıb.

Görüntülərin Ağdam rayon 71 nömrəli məktəbdə qeydə alındığı bildirilib.
Vurğulanıb ki, videodakı müəllim sözügedən məktəbin direktoru Ülviyyə Mahmudovadır.

Sosial şəbəkə istifadəçiləri Görüntülərin qeyri-insani olduğunu və bir təcrübə üçün heyvanla bu formada rəftar edilməsinin doğru olmadığını yazıblar.

Görüntülərlə bağlı Ölkə.Az Təhsil Nazirliyinə sorğu ünvanlayıb.


Oxşar xəbərlər