Pandemiya ilə mübarizədə dünyanın böyük dövlətləri ilə müqayisədə Azərbaycan daha böyük müvəffəqiyyətə nail olub

Pandemiya ilə mübarizədə dünyanın böyük dövlətləri ilə müqayisədə Azərbaycan daha böyük müvəffəqiyyətə nail olub Pandemiya bəlli bir zaman kəsiyində dünya üzrə birdən çox ölkə, yaxud arealda yayılan və genişmiqyaslı təsir gücünə malik olan epidemik xəstəliklərə verilən ümumi ad olmaqla tibbi kateqoriyadır. Son yüz il ərzində səhiyyə sahəsində əldə olunan əhəmiyyətli irəliləyişlərə baxmayaraq, infeksion xəstəliklər hələ də cəmiyyət üçün ciddi təhlükə olaraq qalmaqdadır. Ölkəmiz də bu bəlaya qarşı bir çox sahələrdə uğurla müqavimət göstərir. Pandemiya ilə mübarizədə dünyanın böyük dövlətləri ilə müqayisədə Azərbaycan daha böyük müvəffəqiyyətə nail olub. Həyata keçirilən tədbirlər sayəsində Azərbaycan bu sınaqdan uğurla çıxmaqdadır. İlk vaxtlar virusla mübarizə üçün zəruri olan tibbi avadanlıqların çatışmaması dövlətimizin başçısının diqqətini çəkdi və vacib addımlar atıldı. Bunun üçün ayrıca fabrik yaradıldı, təbii ki, vətəndaşların sağlamlığı, rifah halı yenə ön planda durdu. Pandemiyaya qarşı mübarizədə sənaye imkanlarımızdan da istifadə etdik. Qısa müddət ərzində tibbi maska müəssisələri fəaliyyətə başladı. Bildiyiniz kimi, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıbdır və ilkin olaraq Prezidentin ehtiyat fondundan bu fonda 20 milyon manat vəsait ayrılmışdır. Sahibkarlar və adi vətəndaşlar hesabına fonda yığılmış məbləğ 100 milyon manatı ötüb. İki müəssisə indi fəaliyyətdədir. Dezinfeksiya vasitələri artıq Azərbaycanda istehsal olunur. Eyni zamanda, Azərbaycanda həkimlər üçün xüsusi geyimlər, kombinezonlar istehsal olunur. Həmçinin biz tibbi maskaları xaricdən də idxal edirik. Çünki tələbat artır və tələbatın artması bilavasitə məhdudlaşdırıcı tədbirlərlə bağlıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci vitse prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. Qeyd edim ki, dövlətimizin başçısının koronavirus pandemiyası ilə mübarizənin gücləndirilməsi məqsədi ilə bu il aprelin 7-də imzaladığı sərəncama əsasən hər biri 200 çarpayılıq olan modul tipli xəstəxanalar quraşdırılır. İlk modul tipli xəstəxana istifadəyə verilib. Bu xəstəxanalarda koronavirusa yoluxmuş xəstələrin qəbulu və müalicəsi üçün hər cür şərait yaradılıb. Müasir avadanlıqlar quraşdırılıb. Bakı şəhərində, Abşeron rayonunda və Sumqayıtda istifadəyə verilən modul tipli xəstəxanaların açılış mərasimində ölkəmizin Prezidenti pandemiya ilə mübarizə məqsədi ilə Azərbaycanda həyata keçirilən tədbirlərdən danışaraq vurğulayıb ki, bizim əsas məqsədimiz vətəndaşların sağlamlıqlarını qorumaqdır. Azərbaycan bu çətin zamanda təkcə öz problemlərini həll etmir, başqa dövlətlərə də yardım göstərir. Prezident İlham Əliyevin dediyi kimi; “Bəzi ölkələr humanitar məsələlərdə də özlərini elə apardılar ki, sonra yəqin utandılar. Bəzi ölkələr təşviş içində idi. Biz bəzən vəsaitlə aldığımız tibbi avadanlığı gətirməkdə çətinlik çəkirdik. Ona görə indiki şəraitdə hesab edirəm ki, dünya birliyi vahid mövqedən çıxış etməlidir. Bununla paralel olaraq, biz fərdi qaydada 14 ölkəyə humanitar yardım göstərdik. O ölkələr ki, buna onların ehtiyacı var və bizə müraciət etmişdilər. Eyni zamanda, biz

Ümumdünya Səhiyyə Təşkilatı xətti ilə əlavə 15 ölkəyə humanitar yardım göstəririk. Ümumdünya Səhiyyə Təşkilatına Azərbaycan fərdi qaydada iki dəfə ianə veribdir və beləliklə, Azərbaycan beynəlxalq təşkilat vasitəsilə 29 ölkəyə humanitar yardım göstərib”.

Sabunçu rayonu 170 saylı tam orta məktəbin

tarix müəllimi Quliyeva Nəzrin

Oxşar xəbərlər