
“Filmdə o zamanlar Stepanakert kimi tanınan Xankəndidə yerləşən 366-cı motoatıcı alayının Xocalı soyqırımında oynadığı roldan bəhs edilir. Film Bakıda və İrəvanda yerləşdirilən sovet qoşunlarının hələ də müttəfiq mərkəzə - Moskvaya tabe olduğu bir vaxtda 366-cı alayın erməni separatçılarının və terrorçularının əlinə keçməsinə dair sensasion sübutlar təqdim edir.
Əsas sübutlardan biri desant zabiti Viktor Şevçenkonun 366-cı alayın daxil olduğu 23-cü diviziyanın mətbu orqanı olan “Sovet döyüşçüsü” qəzetində 26 mart 1992-ci ildə dərc edilmiş məqaləsidir. Məhz bu məqaləyə görə general-leytenant İ.Ohanyan (Zaqafqaziya Hərbi Dairəsinin komandir müavini) martın 26-da çap olunan bütün tirajın məhv edilməsi haqqında əmr verib. Filmin izləyicilərinə Xocalı faciəsindən dərhal sonra “Azərbaycan” nəşriyyatının direktoru B.Qayıbova ünvanlanmış məktubla göndərilmiş yeganə nüsxə də nümayiş etdiriləcək.
Filmdə 366-cı alayın keçmiş komandiri, polkovnik Yuri Zarviqorovla telefon danışığının səs yazısı da var. Onun Moskvadakı müxbirə dediklərinə filmdə tamaşa edə bilərsiniz: