Avtoxuliqanlıq edib Tik-Tokda paylaşan sürücü həbs olundu - FOTO

Avtoxuliqanlıq edib Tik-Tokda paylaşan sürücü həbs olundu - FOTO Balakəndə ictimai qaydanı pozmaqda ittiham edilən sürücü saxlanılıb.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəhər sakini Asif Əzizov idarə etdiyi "VAZ-2106" markalı avtomobillə davamlı şəkildə yol hərəkəti qaydalarını pozaraq avtoxuliqanlıq hərəkətləri edib və həmin əməllərini özünün “Tik-Tok” sosial şəbəkə hesabında paylaşıb.

İntizamsızlıq edən sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 511-ci (avtoxuliqanlıq) maddəsi ilə protokol tərtib olunaraq hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.

Məhkəmənin də qərarı ilə Asif Əzizov sürücülük hüququndan 1 il müddətinə məhrum edilməklə 15 gün müddətinə inzibati qaydada həbs olunub.

Avtoxuliqanlıq edib Tik-Tokda paylaşan sürücü həbs olundu - FOTOAvtoxuliqanlıq edib Tik-Tokda paylaşan sürücü həbs olundu - FOTOAvtoxuliqanlıq edib Tik-Tokda paylaşan sürücü həbs olundu - FOTO

Oxşar xəbərlər