Şahin Süleymanov vəzifəsini şərəflə yerinə yetirir

Şahin Süleymanov vəzifəsini şərəflə yerinə yetirir Bu gün də, sabah da “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yol inşaatçılarının bir amalı, bir məqsədi var: xalqımızın həyat səviyyəsini yüksəltmək, müstəqil Azərbaycanın çiçəklənməsinə nümunəvi xidmət göstərmək, mürəkkəb yol tikinti layihələrini bundan sonra daha da uğurla yerinə yetirmək və yeni-yeni zirvələr fəth etməkdir. Bütün bunlar həm də “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi kollektivi üçün günün şüarı, əsl deviz və əməli fəaliyyət proqramıdır.

17 saylı Yol istismar MMC-nin direktoru Şahin Süleymanov - Beynəlxalq standartlara cavab verən bugünkü magistral yollarımız ölkəmizin simasını başdan-başa dəyişdirmişdir. Respublika iqtisadiyyatının qüdrətini artıran bu yollar indi Avropa ölkələrinin yollarından heç də geri qalmır. Fərəhlidir ki, avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ilbəil artır. Hazırda ölkədə yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı beynəlxalq maliyyə qurumlarının əsaslı vəsait qoyuluşları ilə yanaşı, dövlət büdcəsi hesabına da irimiqyaslı layihələr icra olunur. Yol şəbəkəsinin yenidən qurulması, sözün əsl mənasında, ürək açır. Ümummilli lider Heydər Əliyevin uğurlu inkişaf strategiyasını layiqincə davam etdirən cənab İlham Əliyev də bütün sahələrlə yanaşı, Azərbaycanda beynəlxalq standartlara cavab verən yolların tikintisini prioritet məsələ kimi daim gündəmdə saxlayır. Yollar həm insanların rahatlığını təmin edir, həm də iqtisadiyyatın hərtərəfli inkişafında mühüm rol oynayır. Dövlətimizin başçısı İlham Əliyevin regionların sosial-iqtisadi inkişafında, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə bərpa işlərində yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə xüsusi diqqət yetirməsi bunun təsdiqidir. Yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi sosialyönümlü tədbirlər olmaqla yanaşı, ölkəmizin iqtisadi qüdrətinin göstəricisidir. Azərbaycan bu gün Avrasiya məkanında dinamik innovativ inkişaf edən lider dövlət, həm də iki qitə arasında mühüm və ən əlverişli nəqliyyat mərkəzidir. Ölkəmiz bu mövqeyini düşünülmüş siyasət, gələcəyə hesablanmış strategiya və zamanın, dövrün tələblərinə uyğun olaraq həyata keçirilən islahatlar, dünyaya səs salan yeni iqtisadi və sosial layihələrin icra edilməsi nəticəsində qazanıb. Reallıq budur ki, 2003-cü ildən etibarən iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımlar öz uğurlu nəticəsini verir. Neft gəlirlərinin istifadəsində şəffaflığın yüksək səviyyədə təmin olunması qeyri-neft sektorunun inkişafına geniş yol açdı. Regional inkişaf proqramlarının uğurlu icrası nəticəsində yol-nəqliyyat kompleksinin müasir infrastrukturunun yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirilir, Prezident tərəfindən Fərman və sərəncamlar imzalanır. İmzalanan sənədlərə uyğun olaraq çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri inşa olunur, beynəlxalq standartlar səviyyəsində avtomobil yolları salınır. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, ən ucqar kənd yolları belə müasir standartlara uyğun qurulub. Yollar həm insanların rahatlığını təmin edir, həm də ölkə iqtisadiyyatının hərtərəfli inkişafında mühüm rol oynayır. Bir sözlə, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası ölkənin geosiyasi maraqlarına, malik olduğumuz enerji resurslarının səmərəli istifadəsinə yol açan enerji layihələrinin uğurlu icrasına, qeyri-neft sektorunun hərtərəfli inkişafına, ərzaq, enerji və nəqliyyat təhlükəsizliyinin təminatına xidmət edib və bundan sonra da edəcək.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, 17 saylı Yol istismar MMC-nin direktoru Şahin Süleymanova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Şahin Süleymanov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Şahin Süleymanov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun 17 saylı Yol istismar MMC-nin direktoru kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Şahin Süleymanov özünü doğruldub. Bizdə hörmətli Şahin Süleymanovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Oxşar xəbərlər