
Sosial şəbəkədə yayılan videodan görünür ki, ayağı zədələnən qazi yürüş zamanı kütlənin qarşısından keçir. Bu zaman vətəndaşlardan biri diz çökərək onun ayağından öpmək istəyir. Qazi isə buna imkan verməyərək o şəxsi ayağa qaldırır.
Həmin anın görüntüsü sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb.