Azərbaycanda vaksinasiya könüllülük, şəffaflıq, mərhələlilik və təhlükəsizlik prinsipləri ilə həyata keçirilir

Azərbaycanda vaksinasiya könüllülük, şəffaflıq, mərhələlilik və təhlükəsizlik prinsipləri ilə həyata keçirilir Dünyanı bürüyən COVİD-19 virusunun acı nəticələri ölkəmizdən də yan keçməmişdir. Pandemiya ilə mübarizə tədbirləri çərçivəsində onun ölkə iqtisadiyyatında yaratdığı mənfi təsirlərin azaldılması üçün ölkə prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən, müvafiq işlər görülür. Virusla mübarizədə əsas amil vaksinasiyanın aparılmasıdır. Azərbaycanda vaksinasiya könüllülük, şəffaflıq, mərhələlilik və təhlükəsizlik prinsipləri ilə həyata keçirilir. Vaksinasiyanın əsas hədəfi epidemioloji vəziyyətin sabitləşdirilməsi, xəstələnmə və ölümlə nəticələnən halların azaldılamasıdır.

Hər il vaksinlər milyonlarla insanların həyatını xilas edir. Hal hazırda ölkəmizdə könüllülük əsasında bir neçə vaksin növündən istifadə olunur. Araşdırmalar isbat edir ki, 2 doza ilə peyvənd olunmuş şəxslər də virusun yeni yaranmış növünə yoluxa bilər. Buna görə də 3-cü, yəni "buster" dozaya ehtiyac yaranır.

Bu vaksinlərdən hər hansı birinin COVİD-19 xəstəliyinin variantlarından birinə və ya bir neçəsinə qarşı az səmərəli olması sübuta yetirilsə, həmin vaksinlərin tərkibinin müvafiq variantlardan qorunmaq üçün dəyişdirilməsi mümkündür. Gələcəkdə vaksinasiya proseslərində vaksinlərdən təkrar, gücləndirici istifadə və digər dəyişikliklər kimi yeniliklər tələb oluna bilər.

Hal-hazırda isə etməli olduğumuz vacib iş vaksin olunmaqdır və virusun yayılmasını azaltmaq üçün zəruri tədbirləri, o cümlədən fiziki məsafəni saxlamağı, maskadan istifadəni, qapalı məkanların yaxşı havalandırılmasını, müntəzəm olaraq əllərinizi yumağı və simptomlar müşahidə olunduqda, tez bir vaxtda tibbi yardım üçün müraciət etmə təcrübəsini davam etdirməkdir.

Vaksinasiyada iştirak etmək hər birmizin borcudur. Yaxınlarımızı ətrafımızdakıları qorumaq üçün peyvənd olunmalıyıq.

Sabunçu rayonu 170 nömrəli tam orta məktəbin

tarix müəllimi Aludə Məmmədova

Oxşar xəbərlər