f

f Masallı rayonunun Sığdaş və Xanalion kəndlərini əhatə edən bələdiyyənin sədri Əhliman Əliyev - Tariximizdə Prezident İlham Əliyev bir çox ilklərə imza atdığı kimi, Vətən müharibəsində də bir ilk yaratdı. 44 gün ərzində dövlətimiz, beynəlxalq hüquq prinsiplərini rəhbər tutub öz ərazilərini azad etmək hüququndan istifadə edərək uğurlu və genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirdi. Tariximizdə ilk dəfə olaraq işğal altında olan torpaqlar güclü ordu sayəsində azad edildi. Müharibə dövründə Azərbaycan hərbçiləri həm peşəkarlıq, həm rəşadət, cəsarət, qəhrəmanlıq, eyni zamanda, fədakarlıq göstərmişlər. Şəhidlərimizin əziz xatirəsi hər birimiz üçün müqəddəsdir. Azərbaycan yeddi rayon ilə yanaşı Şuşa şəhərini, Hadrutu, Xocavənd rayonunun 60 faizini, həmçinin Suqovuşan qəsəbəsini azad etdi. Bu ərazilərin strateji əhəmiyyəti göz önündədir. Qazandığı qələbə ilə Prezident İlham Əliyev Azərbaycan xalqını məğlub xalqdan qalib xalqa çevirdi.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların ailə üzvlərinə, bu haqq savaşımızda şanlı Zəfər qazanan qüdrətli Azərbaycan Ordusunun hərbçilərinə, qazilərinə daim xüsusi diqqət və qayğı göstərir.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Masallı rayonunun Sığdaş və Xanalion kəndlərini əhatə edən bələdiyyənin sədri Əhliman Əliyevdir.

Masallı rayonunun Sığdaş və Xanalion kəndlərini əhatə edən bələdiyyənin sədri Əhliman Əliyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Əhliman Əliyev bu işin müqəddəsliyini qoruyub saxlayır. Əhliman Əliyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Əhliman Əliyevdən danışdılar yaxşı ki, Əhliman Əliyev Masallı rayonunun Sığdaş və Xanalion kəndlərini əhatə edən bələdiyyənin sədridir… Əhliman Əliyev öz isguzarlığı ilə tanınır və seçilir….

Əhliman Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Əhliman Əliyevi heç vaxt əqidəsindən döndərə bilməz.

Əhliman Əliyev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Əhliman Əliyev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Əhliman Əliyev ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Əhliman Əliyevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Əhliman Əliyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Əhliman Əliyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Masallı rayonunun Sığdaş və Xanalion kəndlərini əhatə edən bələdiyyənin sədri kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Əhliman Əliyev özünü doğruldub. Bizdə hörmətli Əhliman Əliyevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.


f

Oxşar xəbərlər