Şahruddin Azərbaycan millisinin azarkeşlərindən üzr istədi

Şahruddin Azərbaycan millisinin azarkeşlərindən üzr istədi Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Portuqaliyaya uduzduqları 2022-ci il dünya çempionatının seçmə oyunundan sonra üzr istəyib.

"26 yaşlı qolkiper bu barədə instaqram hesabından paylaşım edib.

"Azərbaycan milli komandasının formasını geyinmək mənim üçün böyük şərəfdir. Sizi sevindirə bilmədiyimiz üçün üzr istəyirik", - deyə Məhəmmədəliyev bildirib.

Qeyd edək ki, qarşılaşma Portuqaliyanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Oxşar xəbərlər