Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım günüdür Mübariz Ağakərim oğlu İbrahimov 1988 ci il fevralın 7-də Biləsuvar rayonu Əliabad kəndində anadan olub. 1994-cü il şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olub.

Mübariz 2005-ci ildə hərbi xidmətə çağrılıb. Xidmətinə Daxili Qoşunların N saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə başlayıb. Xidməti zamanı çavuş rütbəsi alıb və xidmətini 2007-ci ildə bitirib.

Bir müddət mülki işlərdə işlədikən sonra 2008-ci ilin yayında yenidən öz arzusu ilə hərbiyə qayıtmaq istəsə də valideynlərinin razılığı olmayıb. O, 2009-cu ilin avqustunda valideynlərini razı salıb və hərbi xidmətə yollanıb.

O, 2010-cu ilin aprelində Tərtər rayonu istiqamətində N saylı hərbi hissədə xidmətə başlayır. Həmin ilin 18 iyununda gecə saat 23:30 radələrində təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini məhv edib. Düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşür.

Mübariz İbrahimov iyunun 18-də səhər saatlarında qeyri-bərabər döyüşdə şəhid olub.

Ruhu şad olsun!

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım günüdürBu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım günüdürBu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım günüdürBu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım günüdürBu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım günüdürBu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım günüdür

Oxşar xəbərlər