İradə Gülməmmədova daim vətəndaşların yanında - ÖZƏL

İradə Gülməmmədova daim vətəndaşların yanında - ÖZƏL Şəhid Fərid Məmmədovun doğum günü ərəfəsində baralyefinin açılışı olub

İradə Gülməmmədova daim vətəndaşların yanında - ÖZƏL


Xırdalan şəhərində şəhid leytenant Məmmədov Fərid Vəlhad oğlunun (27.04.1990-26.10.2020) xatirə lövhəsi və baralyefinin açılışı olub. Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, şəhidin ailə üzvləri və rayon ictimaiyyəti iştirak edib. İ.Gülməmmədova çıxış edərək şəhidlərin xatirəsinin əbədiləşdirmək üçün bütün lazimi tədbirlərin görüldüyünü qeyd edib. I və II Qarabağ müharibəsi zamanı həyatlarını itirən 150-dən çox şəhidimizin adına küçə salındığını qeyd edən başçının sözlərinə görə, həmin küçələr abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib. Xırdalandakı gözəl küçələrdən birinə də şəhid F.Məmmədovun adının verildiyini və baralyefinin yaradıldığını vurğulayan icra başçısının bildirdiyinə görə, bu abidə gələcək nəslin vətənpərvərlik ruhunda böyüməsində böyük əhəmiyyətə malikdir.
Şəhidlərimizin qanının yerdə qalmadığını vurğulayan İ.Gülməmmədova deyib ki, Azərbaycan igid qəhrəmanlarının şücayəti sayəsində bütövlüyünə qovuşub. Cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti, cəsarətli qərarları və qətiyyəti sayəsində torpaqlarımızın işğalına son verildiyini, xalqımızın torpaq həsrətinə son qoyulduğunu söyləyən başçı 44 gün müddətində düşmən ordusunun tamamilə darmadağın edildiyini deyib.
Sonra Abşeron Mədəniyyət Şöbəsinin müdiri İlham Manafov, baralyefin müəllifi rəssam-heykəltaraş Seymur Süleymanov və rayon ağsaqqalları çıxış edərək şəhidin döyüş yolundan və xatirələrdən danışıblar.
Daha sonra İ.Gülməmmədova şəhidin anası Kifdayət Əliyeva və həyat yoldaşı Şəhla Məmmədova ilə görüşərək onların qayğıları və problemləri ilə maraqlanıb. F.Məmmədovun ailəsi də ölkədə şəhidin ailələrinə göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə öz təşəkkürlərini bildiriblər.

İradə Gülməmmədova daim vətəndaşların yanında - ÖZƏLİradə Gülməmmədova daim vətəndaşların yanında - ÖZƏLİradə Gülməmmədova daim vətəndaşların yanında - ÖZƏLİradə Gülməmmədova daim vətəndaşların yanında - ÖZƏL
İradə Gülməmmədova daim vətəndaşların yanında - ÖZƏL


Abşeronda şəhid baba və nəvənin xatirəsinə bulaq istifadəyə verildi

İradə Gülməmmədova daim vətəndaşların yanında - ÖZƏL


Abşeron rayonunun Qobu qəsəbəsində şəhid baba və nəvənin xatirəsini əbədiləşdirmək məqsədi ilə abidə-bulaq kompleksi inşa olunub. Bununla əlaqədar əraziyə baxış keçirən rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədovaya bildirilib ki, I Qarabağ müharibəsində döyüşən baba Hüseynov Gülverdi Ağahüseyn oğlu 1992-ci ildə, II Qarabağ müharibəsində isə onun nəvəsi Qasımov Gülverdi Abil oğlu 2020-ci il oktyabrın 26-da qəhrəmancasına döyüşərək şəhidlik zirvələrinə yüksəliblər. Qeyd edilib ki, ərazisdə əsaslı təmir-bərpa işləri həyata keçirilib. Abidənin ətrafına həmişəyaşıl gül kolları və müxtəlif növ dekorativ ağaclar əkilib. Pilləkanlar və ərazi aqlay daşlarla üzlənib.
Vətənimizin bütövlüyü uğrunda Azərbaycan igidlərinin göstərdiyi şücayətdən danışan başçı bildirib ki, onların qəhrəmanlıqları sayəsində torpaqlarımız düşməndən azad olunub. Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti, iradəsi və düzgün qərarları ilə 30 illik vətən həsrətinə son qoyulduğunu vurğulayan başçı şəhidlərimizə allahdan rəhmət, qazilərimizə isə şəfa diləyib. Respublikada şəhid ailələrinə və ümumilikdə müharibə iştirakçılarına dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışan başçı onların qarşılaşa biləcəyi bütün problemlərin həlli istiqamətində ciddi tədbirlərin həyata keçirildiyini qeyd edib.
Sonra qəsəbə Ağsaqqallarından Məhəbbət Qasımov, xeyriyyəçi Ağasəlim Məmmədov, Gülverdinin təhsil aldığı Qobu 2 nömrəli tam orta məktəbin drektoru Səkinə Abbasova çıxış edərək qəhrəmanlar haqqında xatirələrindən, onların döyüş yolundan danışıblar.
Məktəblilər şəhidlərə həsr olunan şeirlər səsləndiriblər.
Daha sonra şəhidin valideynləri Abil və Pakizə Qasımavlar ilə görüşən İ.Gülməmmədova onların qayğıları və problemləri ilə maraqlanıb.
Şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə öz təşəkkürlərini bildirərək onlara göstərilən diqqət və qayğıdan razı qaldıqlarını ifadə ediblər.
Sonda şəhidlərimizin ruhuna dualar oxunub.
Allah rəhmət eləsin.

İradə Gülməmmədova daim vətəndaşların yanında - ÖZƏLİradə Gülməmmədova daim vətəndaşların yanında - ÖZƏLİradə Gülməmmədova daim vətəndaşların yanında - ÖZƏLİradə Gülməmmədova daim vətəndaşların yanında - ÖZƏL
İradə Gülməmmədova daim vətəndaşların yanında - ÖZƏL


Xırdalanda 6 şəhidin xatirəsinə bulaq kopleksi tikildi – İradə Gülməmmədova əraziyə gəldi

İradə Gülməmmədova daim vətəndaşların yanında - ÖZƏL


Xırdalan şəhərinin 27-ci məhəlləsində, 17 saylı binanın həyətində Vətən Müharibəsində şəhid olan 6 igidimizin xatirəsini əbədiləşdirmək məqsədi ilə abidə-bulaq kompleksi inşa olunub. Əraziyə baxış keçirən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovaya bildirilib ki, kompleks eyni məhəllədə böyüyən və ya müəyyən müddətdə orada yaşayan 6 Abşeronlu qəhrəmanın xatirəsinə ucaldılıb. Qeyd edilib ki, ərazidə Abad Məhəllə yaradılıb, 2 söhbətgah quraşdırılıb, mini-park salınıb, həmişəyaşıl gül kolları və müxtəlif növ ağaclar əkilib. Binanın həyəti asfaltlanıb, ərazi abadlaşdırılıb.
Daha sonra şəhid ailələri ilə görüşən İ.Gülməmmədova onların qayğıları və problemləri ilə maraqlanıb. Azərbaycan igidlərinin öz müqəddəs borclarını yerinə yetirərkən şəhidlik zirvəsinə yüksəldiyini vurğulayan başçı qeyd edib ki, məhz onların və ümumilikdə Azərbaycan ordüsunun, hərbçilərimizin döyüş əzmi və Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin qətiyyəti, düzgün qərarları sayəsində vətənimiz öz bütövlüyünə qovuşub. Şəhidlərimizin öz qanı ilə torpaqlarımızı işğaldan azad etdiyini qeyd edən başçı bildirib ki, 2020-ci il həm də həmrəylik, mübarizlik ili kimi tarixdə qalacaq. Şəhidlərimizə allahdan rəhmət, qazilərimizə isə şəfa diləyən İ.Gülməmmədova ölkəmizdə dövlət səviyyəsində şəhid ailələrinə və ümumilikdə müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan danışıb.
Məktəblilər şəhidlərə həsr olunan şeirlər səsləndiriblər.
Şəhid ailələri də cənab Prezident İlham Əliyevə öz təşəkkürlərini bildirərək onlara göstərilən diqqət və qayğıdan razı qaldıqlarını ifadə ediblər. İgidlərimizin Azərbaycanın azadlığı uğrunda döyüşdüyünü və öz müqəddəs borclarını şərəflə yerinə yetirdiklərini vurğulayıblar.
Sonda şəhidlərimizin ruhuna dualar oxunub.
Allah rəhmət eləsin.

İradə Gülməmmədova daim vətəndaşların yanında - ÖZƏLİradə Gülməmmədova daim vətəndaşların yanında - ÖZƏLİradə Gülməmmədova daim vətəndaşların yanında - ÖZƏLİradə Gülməmmədova daim vətəndaşların yanında - ÖZƏLİradə Gülməmmədova daim vətəndaşların yanında - ÖZƏL

Hökməli qəsəbəsində abadlıq-quruculuq işləri həyata keçirilir

İradə Gülməmmədova daim vətəndaşların yanında - ÖZƏL


Abşeron rayonunun Hökməli qəsəbəsində böyük abadlıq-quruculuq işləri həyata keçirilir. Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın tapşırıq və tövsiyələrinə uyğun olaraq həyata keçirilən təmir-absadlıq işləri qəsəbənin girəcəyindən başlayaraq daxili küçələrinə qədər olan böyük əraziləri əhatə edir. Belə ki, qəsəbənin girəcəyində olan arka təmir olunaraq aqlay daşlarla bəzədilib və ağardılıb. Əliyağa Vahid və Nəriman Nərimanov kimi əsas küçələr tamamilə yenidən qurulub, asfaltlanaraq sakinlərin istifadəsinə verilib. Bu küçələr boyunca uzanan hasarlar sıvanıb, divarlar və darvazalar rənglənib. Eləcə də qaz boruları və işıq dirəkləri də rənglənib. Qəsəbə məişət tullantılarından tam şəkildə təmizlənib. Küçə boyu həmişəyaşıl gül kolları və müxtəlif növ ağacların əkilməsi üçün aidiyyatı üzrə sifarişlər verilib.

İradə Gülməmmədova daim vətəndaşların yanında - ÖZƏLİradə Gülməmmədova daim vətəndaşların yanında - ÖZƏLİradə Gülməmmədova daim vətəndaşların yanında - ÖZƏL
İradə Gülməmmədova daim vətəndaşların yanında - ÖZƏL

Oxşar xəbərlər