“Qarabağ”ın sabiq futbolçusunun qanında narkotik aşkarlandı

“Qarabağ”ın sabiq futbolçusunun qanında narkotik aşkarlandı "Qarabağ"ın sabiq futbolçusu Maqaye Geyenin qanında kokain aşkarlanıb.

Bu barədə "Qafqazinfo" "Digisport"a istinadən xəbər verir.

Narkotik maddə qəbul etməkdə ittiham olunan Rumıniyanın "Dinamo" klubunun futbolçusunun qanında kokain "Styau" ilə kubok matçından sonra aşkarlanıb.

Məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, Maqaye Qeye 2019/2020 mövsümündə "Qarabağ"ın heyətində 28 oyun keçirib və 8 qol vurub. O, ötən ilin oktyabrında "Dinamo"ya keçib.

Oxşar xəbərlər