
Oxu.Az məlumatına görə, bunu xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair keçirilən mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib.
Onun sözlərinə görə, Azərbaycanda fevral ayının 1-dən təhsil müəssisələrində tədris mərhələli şəkildə bərpa olunacaq:
“Növbəti həftədən etibarən ibtidai sinif şagirdləri Bakı, Sumqayıt şəhərlərində, Abşeron və digər rayonlarda həftədə üç dəfə əyani təhsilə cəlb ediləcəklər”.