Daşkəsəndə karantin qaydalarına əməl etməyən şəxslərə qarşı reyd keçirilib

Daşkəsəndə karantin qaydalarına əməl etməyən şəxslərə qarşı reyd keçirilib Koronavirus infeksiyasının (COVİD-19) ölkəmizdə geniş yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinin yerlərdə əhaliyə çatdırılması, koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması məqsədilə Daşkəsən Rayon İcra Hakimiyyətində yaradılan Operativ Qərargah tərəfindən reydlər davamlı olaraq həyata keçirilir.
Keçirilmiş növbəti reyd zamanı mobil qrupun üzvləri qapalı yerlərdə, ictimai nəqliyyatda, mağazalarda və açıq ictimai məkanlarda sakinlər arasında maarifləndirici söhbətlər aparır, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin, sosial məsafənin qorunmasının zəruriliyi barədə tövsiyələr veriblər.
Ərazidə tibbi maskasız həkət edən sakinlər polis əməkdaşları tərəfindən müəyyən edilərək qanunvericiliyə uyğun şəkildə cərimələniblər.
Sahibkarlar, eləcə də alıcıların diqqətinə sanitar-karantin qaydalarına ciddi əməl etməklə fəaliyyət göstərmələrinin vacibliyi çatdırılıb. Açıq ictimai məkanlarda da bəzi şəxslərin tənəffüs yollarını qoruyan fərdi vasitələrdən tələb olunan normalara uyğun şəkildə istifadə etmədikləri aşkarlanıb. Onların da barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib olunub.
Həmçinin rayon ərazisində müəyyən edilmiş qrafikə əsasən dezinfeksiya tədbirləri həyata keçirilir.

Oxşar xəbərlər