
“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının videokonfrans rejimində keçən 75-ci sessiyasının iştirakçılarına müraciətində bildirib.
“Biz Birləşmiş Millətlər Təşkilatının və ATƏT-in qətnamələrinə uyğun olaraq, Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə hörmət edərək, regionda münaqişələrin, xüsusən Dağlıq Qarabağdakı münaqişənin tezliklə aradan qaldırılmasının tərəfdarıyıq”, - türkiyəli lider deyib.