Elza Seyidcahan onun adından şeir yazanları DİN-ə şikayət edəcək

Elza Seyidcahan onun adından şeir yazanları DİN-ə şikayət edəcək Əməkdar artist Elza Seyidcahan şeirlərinə görə Daxili İşlər Nazirliyinə müraciət edəcək.
“Hər şey daxil” verilişinin qonağı olan bəstəkar-müğənni onun adından sosial şəbəkələrdə şeirlər paylaşılmasından təngə gəldiyini, buna görə DİN-ə müraciət edəcəyini deyib:

“Mənim adımdan siyasi şeirlər yazırlar. Buna görə Daxili İşlər Nazirliyinə müraciət edəcəyəm”.

Qeyd edək ki, bir müddət öncə növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürən Əməkdar artistin seçkilərlə bağlı yazdığı şeiri sosial şəbəkələrdə geniş müzakirə olunmuşdu. Sənətçi isə açıqlama verərək, bu şeirin ona aid olmadığını bildirmişdi.

Xatırladaq ki, E.Seyidcahan parlament seçkilərinə namizəd kimi 54 saylı Şabran-Siyəzən seçki dairəsindən qatılsa da, seçilməyib. (yenisabah.az)

Oxşar xəbərlər