Nazilə Səfərlidən qalmaqallı AÇIQLAMA — Redaktoru şirnikləndirib, ələ alır

Nazilə Səfərlidən qalmaqallı AÇIQLAMA — Redaktoru şirnikləndirib, ələ alır Şairə Nazilə Səfərli aparıcısı oduğu “Ona qalsa” verilişində qalmaqallı açıqlama edib.
ARB-də yayımlanan proqramda teleaparıcı Rövşanə Bektaşi ilə söhbətində o, bildirib ki, bəzən iki davalı tərəf rəqibini tərki-silah etmək üçün hər yola əl atır.
“Görürsən ki, bir aparıcı digər həmkarı ilə yola getmir. O, qarşı tərəfin aparıcılıq etdiyi layihənin ya rejissorunu, ya redaktorunu şirnikləndirərək əla alır ki, həmin o insandan videomateriallar toplasın. Sonra da lazım olanda həmin materiallardan istifadə edir, ya sosial şəbəkələrdə, ya da mediada yayıb, qarşı tərəfi biabır edir”,- deyə qeyd edib.

Oxşar xəbərlər